Sən bizi aldatdın illərdən bəri,
Mən çərxi-fələkdən dərs götürmüşəm.
Özgə anasından süd əmənləri,
Özgə qulluğunda duran görmüşəm.
Bəsdir dözdüyümüz ölümdən betər,
Köhnə bazardakı köhnə nırxa.
Milləti yüz yerə caladın, yetər,
Yüz arxın suyunu qatma bir arxa.
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Sübutdur, dəlildir, ağlın qibləsi,
Dəyişə bilərsən ağlımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
“Türkəm”-gerçəyini pıçıldayacaq.
- Bəxtiyar Vahabzadə
Любимые игры
Нет данных или скрыто
О себе
Arazin o tayı da, bu tayı da mənim doğma Vətənimdir. Vətənin o başı, bu başı olmaz (Qaçaq Nəbi)
Оразование и карьера
Школа
НаименованиеŞuşa Musiqi Kolleci (Музыкальная колледж)